Latviya birinci liqasında 29-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçularOrxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası "Olayne/Super Nova" doğma meydanda "Rezeknes"lə və bu oyundan qələbə ilə ayrılıb - 5:0.
Vüqar bu oyuna start heyətdə çıxıb və 90 dəqiqə oynayıb. Orxan isə 71-ci dəqiqədə mübarizəyə qoşulub.
Komandasının bombardiri olan Vüqar bu qələbədə də böyük pay sahibi olub. O, 35, 55, 64 və 85-ci dəqiqələrdə vurduğu qollarla pokerə imza atıb. Beləcə, Əsgərov cari mövsümdə vurduğu qolların sayını 40-a çatdırıb. Həsənəliyev isə indiyə qədər 10 qol vurub.
Qeyd edək ki, geridə qalan turlarda 59 xal toplayan "Olayne" 2-ci pillədə qərarlaşıb.