Futbol üzrə Ukrayna çempionatında 13-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası "Stal" doğma meydanda "Dnepr"lə qarşılaşıb. Matç 1 - 1 hesablı bərabərliklə başa çatıb.
Oyuna start heyətdə başlayan Paşayev yenə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Stal" 13 turdan sonra 11 xalla 12 klub arasında 8-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi