Qurbanov "Bursaspor"un forvardı üçün Türkiyəyə gedib

12:16 - 31 Oktyabr 2016

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin köməkçisi olan Mahmud Qurbanov Türkiyə Super Liqasının 9-cu turunun "Bursaspor" - "Konyaspor" oyununu (2:0) stadiondan izləyib.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis Qurbanovu bu qarşılaşmaya “Bursaspor”un və millimizin hücumçusu Dəniz Yılmazın oyununu canlı izləmək üçün göndərib.

 

Qeyd edək ki, Deniz Yılmaz “Konyaspor”la matçda 90 dəqiqə meydanda olub.

 

Əlavə edək ki, Azərbaycan millisi noyabrın 11-də səfərdə Şimali İrlandiya ilə DÇ-2018-in seçmə mərhələ oyununda üz-üzə gələcək.

Xəbər xətti