Əliyar Ağayev DÇ-2018-in seçmə mərhələ oyununa təyinat aldı

12:12 - 1 Noyabr 2016

FIFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb.

 

Sportal.az xəbər verir ki, 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində keçiriləcək Kipr – Cəbəllütariq qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. 

 

Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

 

Qeyd edək ki, oyun noyabrın 13-də Nikosiya şəhərində keçiriləcək.

Xəbər xətti