FİFA Türkiyə II Liqasında çıxış edən "Dənizlispor” klubunu cəzalandırıb.
Sportal.az xəbər verir ki, Dənizli təmsilçisi qarşıdakı iki transfer dönəmində heyətini gücləndirə bilməyəcək. Buna klubun sabiq futbolçusu Daniel Dimova borcu olması səbəb olub. Belə ki, FİFA kluba futbolçuya olan borcu ödəmək üçün 30 gün müddət vermişdi. "Dənizlispor” məhz bu müddət ərzində borcu ödəmədiyi üçün cəzalanıb.
Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Taşkın İltər də hazırda "Dənizlispor”da çıxış edir.
Əlavə edək ki, FİFA eyni qadağanı Bakının "İnter" klubuna da qoyub.
saytlarin hazirlanmasi