FİFA qırmızı xaşxaşa qadağa qoydu

16:12 - 1 Noyabr 2016

FİFA İngiltərə və Şotlandiya yığmalarına qırmızı xaşxaş emblemli formanı geyinməyi qadağan edib.

 

Sportal.az xəbər verir ki, İngiltərə və Şotlandiya yığmaları noyabrın 11-də DÇ-2018-in seçmə mərhələsində “Uembli” stadionunda üz-üzə gələcəklər.

 

FİFA hər iki milli komandaya qırmızı xaşxaş emblemli formanı geyməyi qadağan edib. Xaşxaş Böyük Britaniyada münaqişələr zamanı həlak olanların xatirəsini yad etmək üçün simvol hesab edilir.

 

FİFA siyasi əhəmiyyət daşıdığı üçün bunu qadağan edib.

 

Xəbər xətti