Almaniya millisinin sabiq üzvü, son olaraq İtaliyanın "Latsio” klubunda forma geyinən Miroslav Kloze karyerasını başa vurub.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Kloze futboldan uzaqlaşmayacağını bildirib. O, Almaniya millisinin məşqçilər korpusunda yer alacaq. Ulduz futbolçu baş məşqçi Yoahim Lövün köməkçisi olacaq.
Qeyd edək ki, Kloze peşəkar futbolçu karyerasına 1998-ci ildə başlayıb. O, "Verder” və "Bavariya” kimi məşhur komandalarda oynayıb və Almaniya millisinin heyətində 137 oyuna 71 qol vurub. O, dünya çempionatının final mərhələlərində ən çox qol vuran futbolçudur (16 qol).
Bundan əlavə, Kloze 2014-cü il dünya çempionatının qalibi olan futbolçunun son klubu “Latsio” olub. O, həmçinin mundiallarda dörd medal qazanan yeganə oyunçu kimi də tarixə düşüb.
saytlarin hazirlanmasi