"Nyu-York Siti” klubunda forma geyinən David Vilya yğma karyerasından danışıb.
Sportal.az xəbər verir ki, hücumçu jurnalistlərə verdiyi açıqlamada yenidən İspaniya millisinin formasını geyinmək arzusunda olduğunu deyib:
"Milliyə dəvət alacaq futbolçuların siyahısı cümə günü açıqlanacaq. Hər halda, mən ümidimi itirmək niyyətində deyiləm. Kim bilir, bəlkə tezliklə arzum reallaşdı. İndi İspaniya millisinə xidmət etməyi çox istəyirəm”.
Qeyd edək ki, Vilya MLS-də keçirdiyi 33 oyunda 23 qol vurmağı bacarıb. İspaniya millisində 97 oyun keçirən 35 yaşlı forvard 59 dəfə rəqib qapıçıları məyus edib.
saytlarin hazirlanmasi