Şimali İrlandiya millisinin baş məşqçisi: "Bizi Azərbaycanla çətin oyun gözləyir"

18:18 - 1 Noyabr 2016

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya noyabrın 11-də Azərbaycan millisini qəbul edəcək.


Sportal.az xəbər verir ki, “Belfast Telegraph”a açıqlama verən Şimali İrlandiya millisinin baş məşqçisi Martin Onil yığmamızla oyundan danışıb: 


"Bizi Azərbaycanla çətin oyun gözləyir. Üstəlik, onlar qrupda heç kimin gözləmədiyi halda 2-ci yerdə qərarlaşıblar. Rəqibin oyunlarını izləmişəm, güclü müdafiə xəttləri var və kompakt şəkildə oynayırlar" 

 

Onil “Vest Bromviç”in müdafiəçisi Kris Brant və “Uiqan”ın forvardı Uill Qriqqin yenidən yığmaya çağırılmasından da danışıb:

 

“Brant son zamanlar yaxşı formadadır. O, Premyer Liqada çıxış edən futbolçudur. Həmçinin Qriqq də son zamanlar daha yaxşı çıxış edir”.

 

Qeyd edək ki, yığmamızla noyabrın 11-də qarşılaşacaq Şimali İrlandiya millisi 4 gün sonra Xorvatiya ilə yoldaşlıq görüşü keçirəcək.

Xəbər xətti