Rusiyanın ev sahibliyi edəcəyi DÇ-2018-in iki stadionunun planlaşdırıldığından gec hazır olacağı bildirilir.
Sportal.az xəbər verir ki, Kremlin mətbuat xidməti 45 min azarkeş tutumlu Nijni-Novqorod və Volqoqrad stadionlarının planlaşdırılan tarixədək - 2017-ci ilin dekabr ayınadək hazır olmayacağını açıqlayıb.
Mundialın Təşkilat Komitəsi isə çempionat başlayana kimi bütün stadionların hazır olacağına inandıqlarını bildirən açıqlama yayıb.
Qeyd edək ki, DÇ-2018-in final mərhələsinin oyunları Rusiyanın 11 şəhərində keçiriləcək.
saytlarin hazirlanmasi