"Azərbaycanlı futbolçuların səs-küyünə görə sözlərimi düz başa düşməyiblər"

12:52 - 2 Noyabr 2016

“Bu çox ağır cəzadır. Dünya futbolunda belə hallara rast gəlinmir. Bu hökmü ədalətsiz hesab edirəm”.

 

Sportal.az xəbər verir ki, bu sözlər Norveç yığmasının futbolçusu Ole Selanesə məxsusdur. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə Bakıdakı görüşdən sonra  israilli referi Liran Lianinin ünvanına təhqiramiz sözlər işlədən futbolçu 11 ay millinin heyətində oynamayacaq.

 

22 yaşlı dayaq yarımmüdafiəçi məsləylə bağlı fikirlərini bildirib. O, Bakı Olimpiya stadionunun tunelində hakimlərə “Hər şeyə fit çaldız, bizi çətin vəziyyətdə qoydunuz, sanki hamamda idiniz” dediyini söyləyib.

 

Selnaes bu sözlərdən başqa heç nə demədiyini qeyd edib:
 

“Yalnız bu sözləri demişəm. Tunel səs-küy idi. Azərbaycanlı futbolçular qələbəni bayram edirdilər. Səs-küyə görə sözlərimi düzgün başa düşməyiblər. Tuneldə çoxlu insanlar var idi, hamı qələbəni qeyd edirdi. Başqalarının dediyinə məsuliyyət daşıya bilmərəm”.

 

Qeyd edək ki, “Sent-Etyen”də çıxış edən Selnaes Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ” ilə Bakıda keçiriləcək matçda iştirak edəcək.  

Xəbər xətti