Millinin sabiq çalışıdırıcısından şok açıqlama: "Messi Argentinanın kapitanı olmamalıdır"

15:24 - 2 Noyabr 2016

Argentina millisinin sabiq çalışdırıcısı Daniel Passarella açıqlaması ilə gündəmə gəlib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis Messinin əvəzinə "Everton"da çıxış edən Ramiro Funes Morini kapitanlığa layiq olduğunu söyləyib:

 

“Düşünürəm ki, Argentina millisində hazırki lider Ramiro Funes Moridir. Buna görə də kapitan o olmalıdır. Kapitanlıq bazubəndi Messidən alınmalıdır. Mən Lionel Messinin oyununa heyranam, lakin o, kapitanlıq üçün utancaqdır və bunu bacara bilmir”. 


Qeyd edək ki, Daniel Passarella 1994/98-ci illərdə Argentina millisinin baş məşqçisi olub.

Xəbər xətti