İngiltərə və Şotlandiya FİFA-nın qərarına əməl etməyəcək

10:33 - 3 Noyabr 2016

İngiltərə və Şotlandiya yığmaları noyabrın 11-də DÇ-2018-in seçmə mərhələsində "Uembli” stadionunda üz-üzə gələcəklər.

 

Sportal.az xəbər verir ki, FİFA adıçəkilən matçda yığmalar qırmızı xaşxaş emblemli formanı geyinməyi qadağan edib. 
 
Buna baxmayaraq, hər ölkənin Futbol Federasiyası bəyan edib ki, FİFA-nın bu qərarına məhəl qoymayacaqlar.
 
Qeyd edək ki, xaşxaş Böyük Britaniyada münaqişələr zamanı həlak olanların xatirəsini yad etmək üçün simvol hesab edilir. FİFA məhz  siyasi əhəmiyyət daşıdığı üçün bunu qadağan edib.

 

Xəbər xətti