Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin qonağı olan və ikinci qələbəsini qazanan “Sent-Etyen”in yarımmüdafiəçisi Ole Selnas oyundan açıqlama verib.
Sportal.az-a danışan futbolçu DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasına 0:1 hesabı ilə uduzduqları oyundan sonra hakim söydüyünə görə aldığı 4 oyunluq cəzaya münasibət bildirib.
Selnas bu cəzanın karyerasına ciddi zərər vuracağını açıqlayıb:
“Bəli, 4 oyunluq cəzalandım. Yəni 11 ay millinin heyətində yer almayacam, bu da 4 oyun deməkdi. Təbii ki, mənim üçün çox çətin olacaq. Azərbaycanla oyunda aldığım cəza karyerama pis təsir edəcək. Nəticə mənim üçün sürpriz oldu. Amma rəqibimizə hörmətlə yanaşmaq da borcumuzdu”.
saytlarin hazirlanmasi