Andre Villaş Boaşın yeni komandası məlum oldu

13:46 - 4 Noyabr 2016

Ötən mövsümün sonunda "Zenit"dən ayrılan baş məşqçi Andre Villaş Boaşın yeni komandasının adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Çində çalışacaq. O, "Şanxay SİPG" klubu ilə müqavilə imzalayıb. Villaş Boaş bu postundan ayrılan Sven Qoran Erikssonu əvəzləyib.

 

39 yaşlı çalışdırıcının "Şanxay SİPG" klubunda illik qazancı 13 milyon avro olacaq.

 

Xatırladaq ki, Andre Villaş Boaş karyerası ərzində "Portu", "Çelsi", "Tottenhem" və "Zenit" kimi klubları çalışdırıb.

Xəbər xətti