FİFA 2016-cı ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb.
Sportal.az xəbər verir ki, dünyanın ali futbol qurumunun açıqladığı siyahıda ilin ən yaxşısı olmağa 23 namizəd futbolçunun adı var.
FİFA Fransanın “France Football” nəşriylə əməkdaşlığa son qoyduqdan sonra ilin ən yaxşı futbolçusunu yenidən baş məşqçilər, kapitanlar, jurnalistlər və azarkeşlər arasındakı sorğuyla müəyyən edəcək.
Namizədlər bunlardı:
Serxio Aquero (Mançester Siti), Qaret Beyl (Real), Canluici Buffon (Yuentus), Kevin de Bruyne (Mançester Siti), Antuan Qrizmann (Atletiko), Zlatan İbrahimoviç (Mançester Yunayted), Andres İnyesta (Barselona), Kante Nqolo (Çelsi), Toni Kroos (Real), Robert Levandovski (Bavariya), Riyad Mahrez (Lester), Lionel Messi (Barselona), Luka Modriç (Real), Manuel Noyer (Bavariya), Neymar (Barselona), Məsut Özil (Arsenal), Dimitri Payet (Vest Hem), Pol Poqba (Mançester Yunayted), Serxio Ramos (Real), Kriştiano Ronaldo (Real), Aleksis Sançes (Arsenal), Luis Suares (Barselona), Ceymi Vardi (Lester)
2016-cı ilin ən yaxşılarının adları 2017-ci il yanvarın 9-da məlum olacaq.
saytlarin hazirlanmasi