Türkiyə Super Liqasında 10-cu turun görüşləri davam edir.
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" səfərdə "Beşiktaş"ın qonağı olub. Matç İstanbul nəhənginin 2 - 1 hesablı qələbəsi ilə başa çatıb.
Qara Dəniz təmsilçisinin baş məşqçisi Ərsun Yanal Şeydayevin adını qarşılaşmanın iştirak ərizəsinə daxil etməyib.
Qeyd edək ki, "Trabzonspor" 10 turdan sonra 11 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi