İsveç çempionatında mövsümə yekun vurulub.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin çıxış etdiyi "Kalmar" sonuncu turda səfərdə AİK-in qonağı olub. Matç meydan sahiblərinin 3 - 1 hesablı qələbəsi ilə başa çatıb.
Emin bu görüşə də start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Kalmar" topladığı 44 xalla mövsümü 16 klub arasında 6-cı pillədə başa vurub.
saytlarin hazirlanmasi