İngiltərənin oyunu Cüneyt Çakıra tapşırıldı

10:55 - 8 Noyabr 2016

Türkiyəli FİFA referisi Cüneyt Çakır DÇ-2018-in seçmə mərhələsinin növbəti oyununa təyinat alıb.

 

Sportal.az xəbər verir ki, o, F qrupunda baş tutacaq İngiltərə - Şotlandiya matçını idarə edəcək. Cüneyt Çakıra Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Hüseyn Göçek yerinə yetirəcək.

 

Qeyd edək ki, İngiltərə - Şotlandiya görüşü noyabrın 11-i keçiriləcək.

 

Xəbər xətti