Azərbaycan millisinin sabiq baş məşqçisi, bir müddət əvvəl dünyasını dəyişən Karlos Alberto Torresin xatirəsi Braziliya – Argentina oyununda anılacaq.
Sportal.az xəbər verir ki, Brazilya yığmasının müdafiəçisi Dani Alveş bu oyunda meydana həmişə geyindiyi 15 nömrəli formada yox, Torresin şərəfinə 4 nömrəli formada çıxacaq. Kapitanlıq sarğısının üzərində də Torresin rəsmi olacaq.
72 yaşlı Torres oktyabrın 25-də dünyasını dəyişib. O, Braziliya yığmasının heyətində 1970-ci ildə keçirilən mundialın qalibi olub. Torres yığmada 53 oyun keçirib.
Braziliya - Argentina oyunu noyabrın 10-dan 11-nə keçən gecə Beli-Orizontidə keçiriləcək.
saytlarin hazirlanmasi