Şimali İrlandiya millimizlə oyuna qara sarğı ilə çıxacaq

11:40 - 9 Noyabr 2016

Şimali İrlandiya millisi DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması ilə keçirəcəyi oyuna qara sarğı ilə çıxacaq.

 

Sportal.az xəbər verir ki, onlar bununla "Barışıq Günü”nü qeyd edəcəklər. Bu səbəbdən də futbolçular meydana qara sarğıda daxil olacaqlar.

 

Qarşılaşmanın keçiriləcəyi "Uindzor Park” stadionunun ekranında 1916-cı ildə I Dünya Müharibəsi zamanı həlak olmuş irlandiyalı futbolçuların adları göstəriləcək.

 
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan matçı noyabrın 11-i Bakı vaxtilə saat 23:45-də başlayacaq.

Xəbər xətti