Yaponiya millisinin üzvü Keysuke Honda "Milan”dan ayrılmaq üzrədi.
Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu karyerasını Çində davam etdirə bilər. Belə ki, Çinin "Şanxay SİPG” klubu futbolçunun xidmətində maraqlıdı. Komandanın baş məşqçisi Andre Villaş Boaş futbolçunun transfer edilməsini istəyir. Futbolçunun hansı şərtlərlə Çinə gedəcəyi isə açıqlanmır.
Qeyd edək ki, Honda 2014-cü ildə Moskva ÇSKA-sından "Milan”a keçib.
saytlarin hazirlanmasi