Hollandiya milli komandasının kapitanı Uesli Sneyder millinin indiki durumunu dəyərləndirib.
Sportal.az xəbər verir ki, "Qalatasaray"ın futbolçusu yığmanın əvvəlki vaxtlarda olduğu kimi güclü olmadığını etiraf edib. Ölkəsinin mətbuatına danışan 32 yaşlı yarımmüdafiəçi geləcəkdə Hollandiyanınm yenə köhnə günlərini geri qaytaracağına inandığını deyib:
"Əvvəllər stadiona gələn azarkeşlərimiz qələbə qazanmağımız bir yana, neçə top fərqlə qalib gələcəyimizi düşünürdü. İndi o günlər geridə qalıb. O günlər üçün darıxmışam. Ümid edirəm gələcəkdə mən bir parçası olmasam belə, yenidən bu dönəmləri geri qaytaracağıq. Hazırda heyətimizdə olan futbolçularımızın o səviyyəyə çatacaq potensialları var".
saytlarin hazirlanmasi