Kamran Ağayev xərçəngdən əziyyət çəkən futbolçuya dəstək oldu

10:40 - 10 Noyabr 2016

Millimizin üzvləri Kamran Ağayev və Emin Mahmudovun da formasını geyindiyi Portuqaliyanın “Boavişta” klubu futbolçusunun müalicəsi üçün bir araya toplanıb.

 

Sportal.az xəbər verir ki, 19 yaşlılardan ibarət komandanın üzvü olan Edu Ferreyra xərçəngdən əziyyət çəkir.


Gənc oyunçu bu ilin iyulunda komanda ilə 2 illik müqavilə bağlamışdı. Lakin xəstəlik səbəbi ilə yaşıl meydanlardan uzaq qalıb.


Klub rəhbərliyi isə futbolçunun müalicəsinin xərclərini öz üzərinə götürüb.

 

Bundan əlavə, "Boavişta" klubunun futbolçuları da Ferreyranın müalicəsində dəstək olublar.

Xəbər xətti