"Azərbaycana vurduğum qoldan sonra xoşbəxtlikdən öləcəyimi düşünürdüm"

12:32 - 10 Noyabr 2016

Şimali İrlandiya millisinin sabiq hücumçusu Devid Hili ölkəsinin komandasının sabah Azərbaycan yığmasına qarşı keçirəcəyi oyundan danışıb.

 

Sportal.az xəbər verir ki, forvard millisinin qələbə qazanacağını bildirib:


“Fikrimcə, komandamız qalib gələcək. Maykl Onilin komandası doğma meydanda uzun müddətdir ki, uduzmur. Azərbaycanla oyunda bunun davam edəcəyini gözləyirəm. Rəqib bizimlə son iki oyundan 4 xal qazanıb. Amma onların bu dəfə uğurlu olacağını gözləmirəm. İndi Qaret Makuli, Conni Evans və Stiven Devis kimi təcrübəli oyunçuların Azərbaycanla görüşdə komandamıza böyük köməyi olacaq. Bundan başqa Kayl Lafferti bu matçda açar funksiyasını daşıyacaq. O nə zaman oynasa, böyük işlər görür. Kayl Azərbaycan üçün çox təhlükəli ola bilər”.


Hili 2012-ci ildə Azərbaycan yığmasına vurduğu qoldan da danışıb:

 

“4 il öncə Azərbaycan millisi ilə “Vindzor Park”dakı oyunda vurduğum qol mənim üçün unudulmaz olaraq qalacaq. Çünki 90+6-cı dəqiqədə komandamı məğlubiyyətdən xilas etmişdim. Həmçinin beynəlxalq arenada vurduğum sonuncu qol oldu. Ona görə də böyük bir xatirə olaraq mənimlə qalacaq. Həmin oyundan sonra xoşbəxtlikdən öləcəyimi düşünürdüm. Həmin qolu sevə-sevə xatırlayıram. Baxmayaraq ki, daha böyük komandalara – İspaniyaya, İngiltərəyə qol vurmuşam”.

 

Xəbər xətti