Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O'nil DÇ-2018-in seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri oyun barədə danışıb.
Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis oyunun çətin keçəcəyini söyləyib:
"Rəqibimizə ciddi yanaşırıq. Oyunun çətin keçəcəyini bilirik. Onlar qrupda iki qələbə qazanıblar və qapılarında qol görməyiblər. Nəzərə alaq ki, Azərbaycanın iki klubu Avropa Liqasının qrup mərhələsində çıxış edir. Bu, onu göstərir ki, ölkə futbolunda inkişaf var".
Maykl O'nil uzun müddət zədədən əziyyət çəkən Kris Brantın milliyə qayıdışı haqda danışıb:
"Brant təcrübəli futbolçudur. 1 il idi ki, millidən uzaq qalmışdı. Artıq zədəsini sağaldıb və keçmiş formasını bərpa edir. Brantın milliyə faydası çox olacaq və oyuna hazırdır".
Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan oyunu sabah keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
saytlarin hazirlanmasi