Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O`Nil DÇ-2018-in seçmə mərhələsində Azərbaycana qarşı keçiriləcək oyundan öncə yığmanın heyətində dəyişiklik edib.
Sportal.az xəbər verir ki, mütəxəssis zədəsi olan yarımmüdafiəçi Stuart Dallas və hücumçu Ceymi Uordu komandadan kənarlaşdırıb. Mütəxəssis onların əvəzinə "Ross Kaunti”də forma geyinən hücumçu Liam Boysu milliyə dəvət edib. 25 yaşlı hücumçu artıq komandanın düşərgəsinə qoşulub.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan matçı sabah "Vindzor Park” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə 23:45-də başlayacaq.
saytlarin hazirlanmasi