Uels millisinin və "Kristal Pelas"ın üzvü Co Ledli millidəki komanda yoldaşı Qaret Beyl haqda danışıb.
Sportal.az xəbər verir ki, o, "Real”ın ulduzunu Tarzana bənzədib. Ledli fikirlərini belə izah edib:
"Beyl hazırkı saçları ilə Tarzana bənzəyir. Komanda daxilində həmişə onunla saçlarına görə zarafatlaşırıq. Ancaq, bütün bunlar zarafatdı. Beyl bütün əldə etdikləri üçün əziyyət çəkib. Dünyanın ən güclülərindən biri olsa da, bizim üçün əvvəlki uşaqlardan biridi. Mən onu "Sauthempton”da oynadığı vaxtlardan tanıyıram. Beyl bizə heç vaxt yuxarıdan-aşağı baxmayıb”.
saytlarin hazirlanmasi