Latviyanın yüksək liqasına vəsiqə uğrunda ilk pley-oyunu keçirilib.
Sportal.az xəbər verir ki, elitaya ikinci vəsiqə uğrunda bu mövsüm 8 komanda arasında 7-ci yeri tutaraq aşağı diviziona düşmək təhlükəsiylə üzləşən "Metta" ilə azərbaycanlı futbolçular -Vüqar Əsgərov və Orxan Həsənəliyevin formasını geyindiyi aşağı liqanın gümüş medalçısı "Olayne" qarşılaşıb.
İlk görüşdə qalib müəyyənləşməyib - 1:1.
Orxan sonadək ehtiyatda qalıb. 90 dəqiqə meydanda olan millimizin sabiq hücumşusu Əsgərov isə məğlub durumda olan komandasının bərabərlik qolunu vurub.
Cavab matçı noyabrın 13-də keçiriləcək.
saytlarin hazirlanmasi