Uill Qriqq: "Təcrübəmiz sayəsində bunu bacaracağıq"

15:53 - 10 Noyabr 2016

Azərbaycan millisi sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə Şimali İrlandiya yığması ilə qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, Şimali İrlandiya millisinin hücumçusu Uill Qriqq sabahkı matçla bağlı ölkəsinin mətbuatına danışıb. "Uiqan"ın futbolçusu bunları deyib:

 

“Qrupun favoriti Almaniyadır. Onlara qarşı pis oynamadıq. Azərbaycan isə seçmə mərhələyə yaxşı start verib. Rəqibimiz uğurlu çıxışını bizimlə oyunda da davam etdirmək niyyətindədir. Qələbə bizə lazımdır. Çünki qrup 2-ciliyi üçün vacibdir. Azərbaycan millisini yaxşı analiz etmişik. Müdafiə xəttində etibarlı olan komanda ilə qarşılaşacağıq. Avropa çempionatından sonra hədəfimiz dünya çempionatına qatılmaqdır.  İnanıram ki, təcrübəmiz sayəsində bunu bacaracağıq”. 

 

Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan oyunu sabah keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 

Xəbər xətti