Gələn il yanvar ayında 2016-cı ilin ən yaxşı baş məşqçisi və futbolçusunun adı bəlli olacaq.
Sportal.az xəbər verir ki, yığmanın baş məşqçiləri və kapitanlarının səsverməsi ilə ilin ən yaxşıları bilinəcək.
Bu ərəfədə artıq millinin bəzi aparıcı üzvləri kimə səs verəcəklərini də açıqlayıblar. “Real”ın portuqaliyalı ulduzu Kriştianu Ronaldo ən yaxşı baş məşqçi nominasiyasında Zinəddin Zidana deyil, Fernando Santuşa səs verəcəyini bildirib.
Qeyd edək ki, Portuqaliya millisi tarixində ilk dəfə Fernando Santuşun rəhbərliyi altında AÇ-2016-nın qalibi olub.
saytlarin hazirlanmasi