Evans: "Azərbaycanla oyunda xal itirsək, faciə olacaq"

11:47 - 11 Noyabr 2016

Azərbaycan millisi bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə Şimali İrlandiya yığması ilə qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, Şimali İrlandiya millisinin müdafiəçisi Conni Evans matçla bağlı ölkəsinin mətbuatına danışıb. "Vest Bromviç"in futbolçusu bunları deyib:

 

“Azərbaycan millisi ilə ötən seçmə mərhələ görüşlərində üz-üzə gəlmişdik və qalib gələ bilməmişdik. Doğma azarkeşlərimiz önündə 3 xal qazanmağı hədəfləyirik. Baş məşqçimizin tələbinə əsasən 4 turdan sonra aktivimizdə minimum 7 xal olmalı idi. Bu səbəbdən Azərbaycanla oyun bizim üçün vacibdir. Xal itirsək, təbii ki, bu, faciə hesab olunacaq”.

Xəbər xətti