"Çelsi"nin futbolçusu millidən kənarlaşdırıldı

11:58 - 11 Noyabr 2016

İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqi yığmanın heyətində məcburi dəyişiklik edib.

 

Sportal.az xəbər verir ki, çalışdırıcı "Çelsi"nin forvardı Dieqo Kostanı heyətdən kənarlaşdırıb. Buna futbolçunun zədələnməsi səbəb olub. Baş məşqçi Kostanın əvəzinə yığmaya "Selta”nın hücumçusu Yaqo Aspası cəlb edib. 29 yaşlı oyunçu karyerasında ilk dəfə yığmaya çağrılıb.
 
Qeyd edək ki, İspaniya millisi DÇ-2018-in seçmə mərhələsində növbəti oyununu Makedoniya yığmasına qarşı keçirəcək. Makedoniya yığmasının heyətində yer alan futbolçular arasında "Neftçi”nin futbolçusu Vançe Şikovun da adı var. 

 

Xəbər xətti