"Azərbaycan millisi üzərində qələbə vacibdir"

12:48 - 11 Noyabr 2016

Azərbaycan millisi bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə Şimali İrlandiya yığması ilə qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, Şimali İrlandiya millisinin müdafiəçisi Kris Brant matçla bağlı ölkəsinin mətbuatına danışıb. "Vest Bromviç"də çıxış edən 31 yaşlı futbolçu bunları deyib:

 

“Uzun müddətdən sonra yenidən milliyə dəvət aldım. Çətin günlər keçirdim. AÇ-2016-nın final mərhələsində yığmaya kömək edə bilmədim. İndi isə keçmiş formama qayıtmağa çalışıram. Oyuna tam hazıram. İstəyirik ki, Avropa çempionatından sonra dünya çempionatının da final mərhələsində çıxış edək. Bunu azarkeşlərimiz də istəyir, biz də. Azərbaycan millisi üzərində qələbə vacibdir. Çünki qonşu pillələrdə qərarlaşmışıq”.

Xəbər xətti