DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Cənubi Amerika zonasında Braziliya Argentina 3:0 hesabı ilə darmadağın edib.
Sportal.az xəbər verir ki, matçdan sonra Argentina millisinin ulduz futbolçusu Lionel Messi oyun haqda fikirlərini bildirib:
"Bu biabırçı vəziyyəti qısa zaman ərzində dəyişdirməliyik. Vaxtımız azdır və bu oyunu unudaraq, Kolumbiya ilə matça hazırlaşmalıyıq. Bəlkə də bütün gələcəyimiz Kolumbiya ilə oyundan aslı olacaq".
Qeyd edək ki, noyabrın 16-da Kolumbiya ilə qarşılaşacaq Argentina yığması seçmə mərhələdə keçirdiyi son 4 görüşdə cəmi 2 xal toplayıb. “Tanqoçular” 16 xalla 6-cı yerdə qərarlaşıb.