MLS-da çıxış edən "Montreal İmpakt”da forma geyinən Didye Droqba gələcək karyerası haqda danışıb.
Sportal.az xəbər verir ki, 38 yaşlı hucumçu karyerasını bitirmək niyyətində olmadığını deyib:
"Qışda "Montreal İmpakt”la müqaviləm başa çatır. Ancaq bu, mənim karyeramın sonu demək deyil. Klubdakı gələcəyim haqda qərar verməmişəm, bilmirəm necə olacaq. Oynamağa davam etmək niyyətindəyəm. Futbol oynayanda özümü uşaq kimi hiss edirəm”.
Qeyd edək ki, Droqba ötən ildən "Montreal İmpakt” forması geyir. Təcrübəli futbolçu komandanın heyətində çıxdığı 33 oyunda 21 qol vurmağı bacarıb.
saytlarin hazirlanmasi