DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparan Almaniya səfərdə San Marino yığmasının qonağı olacaq.
Sportal.az xəbər verir ki, Almaniya millisinin baş məşqçisi Yoahim Löv rəqibə hörmətlə yanaşdıqlarını bildirib:
"Rəqibimizə hörmətlə yanaşırıq. Bura qələbə üçün gəlmişik. San Marinonu darmadağın etmək fikrimiz yoxdur. Bizim məqsədimiz qrupu lider başa vurmaqdır. Ona görə də keçirdiyimiz bütün oyunlarda qalib gəlməliyik. Heyətdə bəzi dəyişikliklər olacaq. Qapıda Ter Şteqen olacaq. Mario Qomes və İlkay Gündoğan da start heyətdə yer alacaq".
Qeyd edək ki, C qrupunda mübarizə aparan Almaniya 9 xalla qrup lideridir. Azərbaycan isə 7 xalla 2-ci yerdə qərarlaşıb.
San Marino - Almaniya oyunu bu gün Bakı vaxtı ilə 23:45-də başlayacaq.
saytlarin hazirlanmasi