Hindistan Superliqasında sabah baş tutacaq “Kerela Blasters” – “Çennaiyin” maçtından öncə ev sahibi komandası maraqlı addım atıb.
Sportal.az xəbər verir ki, “Kerela Blasters”in azarkeşlərinin rəhbəri Abdul Hadhi azarkeşlərə Madridin “Real” klubunun baş məşqçisi Zinəddin Zidanın maskasını paylayıb. Maskaların 35 min azarkeş arasında paylanması nəzərdə tutulub.
Buna səbəb isə rəqib komandanın baş məşqçisinin məşhur italiyalı futbolçu Marko Materazzi olmasıdı. Belə ki, azarkeşlərə Zidan maskası ilə baş məşqçiyə təzyiq göstərmək istəyirlər.
Qeyd edək ki, 2006-cı ildə Almaniya keçirilən dünya çempionatının final oyununda maraqlı anlar yaşanmışdı. Finalda Fransa və İtaliya komandaları üz-üzə gəlmişdi. Həmin matçın son dəqiqələrində Zidan söyüş söydüyünə görə Materazzini baş zərbəsi ilə vurmuşdu.
saytlarin hazirlanmasi