“Reyncers” klubu yarımmüdafiəçi Cou Bartonun müqaviləsinə xitam verib.
Sportal.az xəbər verir ki, yayda Şotlandiya təmsilçisinin düşərgəsinə qoşulan ingiltərəli futbolçu komandadan qalmaqallı şəkildə ayrılıb.
Cari mövsüm “Reyncers”də 8 oyun keçirən Barton özünü yaxşı tərəfdən göstərərək çempionatın rəmzi yımasında yer alıb. Lakin bu göstəriçilər futbolçunun karyerasını “Reyncers”də davam etdirməsinə də kömək etməyib. Bartonun çılğınlığı hər yerdə olduğu kimi Şotlandiyada da başına bəla açıb. Bu dəfə 34 yaşlı futbolçu komanda yoldaşı Endi Hellid və baş məşqçi Mark Uorbertonla yola getməyib. Hər ikisiylə mübahisə edən futbolçu sonda komandanı tərk etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, 2008-ci ildə Liverpulda kücə davasında iştirak etmiş futbolçu buna görə 77 gün həbs olunub. Bundan başqa, 2012-ci ildə “Kuinz Park Reyncers”də forma geyinmiş Cou Barton meydanda aqressiv hərəkətinə görə 12 oyunluq cəzalanıb.
saytlarin hazirlanmasi