Fatih Terim 4 futbolçunu millidən göndərdi

16:48 - 12 Noyabr 2016

Türkiyə millisinin baş məşqçisi Fatih Terim 4 futbolçunu heyətdən kənarlaşdırıb.

 

Sportal.az xəbər verir ki, bunlar Enes Ünal, Okay Yokuşlu, Çağlar Söyüncü ve Bilal Başacıkoğludur.

 

Beləliklə, Fatih Terim DÇ-2018-in seçmə mərhələsində Kosovo ilə oyunda  UEFA-nın qaydalarına əsasən 23 futbolçunun xidmətindən yararlanacaq.

 

Qeyd edək ki, bu gün keçiriləcək Türkiyə - Kosovo oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər xətti