"Bu qələbə sayəsində rəqiblərimizə yaxınlaşdıq. Bizim üçün qələbə çox önəmli idi. Rəqiblərimiz xal itirsə, yüksək pillələrə qalxa bilərik. Hədəfimiz DÇ-2018-in final mərhələsinə qədər irəliləməkdir. Ümid edirəm ki, bunu bacaracağıq”.
Sportal.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin üzvü Arda Turan DÇ-2018-in seçmə mərhələsində Kosovo yığması üzərində qazanılan qələbədən sonra deyib.
"TV 8”-ə açıqlama verən "Barselona”nın futbolçusu milliyə qayıtması haqda danışıb. O, milli komandanın formasının özü üçün ən dəyərli forma olduğunu deyib: "Üzərimizdə təzyiq yoxdu desək, yalan olar. Mənim üçün ən dəyərli forma milli komandamızın formasıdı. Mənim bu düşüncəm heç vaxt dişməyib və heç vaxt millidən imtina etdiyimi deməmişəm. "Qalatasaray”da olanda necə düşünürdümsə, "Barselona”da da elə düşünürəm. Gəl desələr, gəlib oynayacıq, get desələr, gedəcik. Biz bu ölkənin övladlarıyıq”.
Arda Kosovo ilə matçdakı oyunu haqda danışıb: "Deməzdim ki, yaxşı oynadım. Ancaq ikini qolumuzda əməyim olduğunu düşünürəm. Məncə, lazım olanları etdim. Ancaq daha yaxşı oynamaq lazmıdı. Özümü sübut etməkdənsə, komandaya kömək olmalıyam. Məhz buna görə burdayam. Ümid edirəm ki, növbəti oyunlarda daha yaxşı oynayacağıq”.
Qeyd edək ki, Arda yayda Fransada keçirilən Avropa çemppionatından sonra milliyə dəvət almırdı.
saytlarin hazirlanmasi