Latviya çempionatının yüksək liqasına çıxmaq uğrunda pley-off mərhələsinin cavab matçı keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq futbolçusu Vüqar Əsgərovun şərəfini qoruduğu "Olayne” klubu "Metta" ilə bu dəfə səfərdə qüvvəsini sınayıb.
Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib. İlk görüş 1 - 1 hesablı bərabərliklə başa çatdığından Əsgərovun komandası yüksək liqaya vəiqə qazana bilməyib.