Cənubi Afrika millisinin baş məşqçisi Efraim Maşaba vəzifəsindən müvəqqəti uzaqlaşdırılıb.
Sportal.az xəbər verir ki, bu barədə CAR Futbol Federasiyası məlumat yayıb. Məlumata görə, mütəxəssis DÇ-2018-in seçmə mərhələsində Seneqalla (2:1) oyundan sonra federasiya rəhbərliyini tənqid etdiyi üçün cəzalanıb.
Onun yoxluğunda millini müvəqqəti olaraq Ouen da Qama çalışdıracaq. Mozambikə qarşı keçiriləcək yoxlama oyununda yığmanı meydana Qama çıxaracaq.
Hələlik Maşabanın vəzifəsindən hansı müddətə uzaqlaşdırıldığı məlum deyil.
Xatırladaq ki, "Qarabağ”ın hücumçusu Dino Ndlovu Efraim Maşabadan narazılıq edib. Afrikalı futbolçu yaxşı formada olmasına baxmayaraq, milliyə dəvət edilmədiyini deyib və buna görə baş məşqçini günahlandırıb: "Hamı bilsin, nə qədər ki, o, komandanın baş məşqçisidir, milliyə dəvət alsam da, getməyəcəyəm”.
saytlarin hazirlanmasi