Uruqvaylı futbolçu 28-ci dəfə transfer olmaqla dünya rekorduna sahib çıxdı

11:50 - 15 Noyabr 2016

Uruqvaylı hücumçu Sebastian Abrey karyerasının 28-ci transferini gerçəkləşdirib.

 

Sportal.az xəbər verir ki, Braziliyanın “Banqu” klubu ilə müqavilə imzalayan 40 yaşlı hücumçu futbolda keçirdiyi 22 il ərzində 23-ci klubuna transfer olunub. Təcrübəli futbolçu bununla da dünya rekorduna sahib olub. O, 9 ölkədə legioner həyatı yaşayıb.

 

Abreyin transferlərinə xərclənən ümumi məbləğ isə cəmi 6,55 milyon-funt sterlinqdir.

 

Sebastian Abrey 2010-cu ildə dünya çempionatında Uruqvay millisi ilə oyunlara çıxıb və həmin il Kopa Amerika kubokunun da sahibi olub.

Xəbər xətti