DÇ-2018-in seçmə mərhələsində milli komandamızda eyni qrupda yer alan Almaniya millisinin üzvü Tomas Müller maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, “Bavariya”nın futbolçusu seçmə mərhələnin V turu çərçivəsində San Marinonu məğlub etdikləri (0:8) oyunundan sonra danışıb.
Yarımmüdafiəçi San Marino yığması ilə oyunu mənasız adlandırıb:
"Belə oyunların hansı məna verdiyini başa düşmürəm. Bu matçlar yalnız təqvimdə sıxlıq yaradır. Məncə, belə komandaların çempionatda yer alması düzgün deyil”.
Qeyd edək ki, C qrupunda yer alan Almaniya yığması 4 oyuna topladığı 12 xalla turnir cədvəlində liderdi. San Marino yığması isə hələlik xal toplaya bilməyib.
saytlarin hazirlanmasi