Bu gün baş tutacaq İtaliya və Almaniya millilərinin yoxlama oyununda hakimlər üçün videotəkrardan istifadə ediləcək.
Sportal.az xəbər verir ki, videotəkrardan qol, penalti, qırmızı vərəqə epizodlarında istifadə olunacaq. Həmin epzodlarda mübahisəli vəziyyət yarandığı zaman baş hakimin iki köməkçisi epizodun təkrarına baxaraq qərar verəcək. Qarşılaşmanın baş hakimi isə videotəkrara baxa bilməz.
Qeyd edək ki, İtaliya – Almaniya matçı Bakı vaxtı ilə 23:45-də başlayacaq.
saytlarin hazirlanmasi