Avropa çempionatının tarixinə düşən futbolçu yığma karyerasını bitirdi

01:28 - 16 Noyabr 2016

Macarıstan milli komandasının və adıçəkilən ölkənin "Haladas” komandasının qapıçısı Qabor Kirali karyerası ilə bağlı önəmli qərar qəbul edib.
 
Sportal.az xəbər verir ki, 40 yaşlı qolkiper milli komandadakı karyerasını başa vurub. Təcrübəli əlcək sahibi bu gün İsveçlə keçirilən yoxlama matçında yığmanın heyətində son qarşılaşmasını keçirib.
 
Qeyd edək ki, Kirali bu il  Macarıstan milli komandası ilə birlikdə Fransada təşkil olunan Avropa Çempionatında iştirak etmişdi. Qoliper Avropa çempionatındada oynayan ən yaşlı futbolçu adına bu il keçirilən turnirdə sahib olmuşdu. 
 
Xatırladaq ki, Qabor 108 dəfə milli formanı geyinib.

 

Xəbər xətti