DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Şimali İrlandiya yoxlama matçında öz meydanında Xorvatiya 0:3 hesabı ilə uduzub.
Sportal.az xəbər verir ki, Şimali İrlandiyanın baş məşqçisi Maykl O’Nil əsas heyətdə beş dəyişiklik edib. 47 yaşlı mütəxəssis oyundan sonra bu fikirləri bölüşüb:
“Bilirdik ki, ağır oyun olacaq. Məğlub olmaq istəməzdik. Bəzi dəyişikliklər etmişdim. Bizə vacib olan DÇ-2018-in seçmə mərhələsində Azərbaycana qalib gəlmək idi və buna nail olduq. Qrupda 2-ci yerdə qərarlaşmağı məqsəd qoymuşuq. Ümumi götürsək, 2016-cı il bizim üçün fantastik keçdi”.
saytlarin hazirlanmasi