DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Argentina - Kolumbiya matçından meydan sahiblərinin futbolçuları maraqlı addım atıb.
Sportal.az xəbər verir ki, komandanın kapitanı Lionel Messi başda olmaqla futbolçular yerli mətbuatı boykot ediblər.
Buna isə Ezekiel Lavessinin komandanın düşərgəsində marixuana çəkməsi ilə bağlı xəbərin yayımlanması səbəb olub. Milli üzvləri yayılan xəbəri əssasız hesab etdikləri üçün belə bir addım atıblar. Messi və komanda yoldaşları mətbuat konfrasnında jurnalistlərin qarşısına çıxıb. Ulduz futbolçu bu fikirləri səsləndirib:
"Bundan sonra mətbuata danışmamaq barədə qərar qəbul etdik. Qərarımızın səbəbini də çox gözəl bilirsiniz. Çox təndiq olunmuşuq, amma reaksiya verməmişik. Hamının fikirlərinə hörmətlə yanaşmışıq. Lavessinin narkotik maddə qəbul etdiyi xəbərinə bu şəkildə cavab vermək məcburiyyətində qaldıq. Əgər reaksiya verməsəydik, insanlar bu ittihamların doğru olduğunu düşünəcək. İstədiyiniz qədər təzyiq göstərə bilərsiniz. Ancaq kimsə mediaya danışmayacaq".
Qeyd edək ki, qarşılaşma Argentinaın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
saytlarin hazirlanmasi