Türkiyə Super Liqasında mübarizə aparan "Trabzonspor" klubu "Antalyaspor"la oyunun hazırlaşır.
Sportal.az xəbər verir ki, "bordo-mavili"lər zədəlilərindən xoş xəbər alıb.
Şimali İrlandiya - Azərbaycan (4:0) matçının ilk hissəsində zədələnərək fasilədə əvəzlənən Ramil Şeydayev komanda ilə məşqlərə start verib. Millimizin üzvünün durumu hazırda yaxşı vəziyyətdədir.
Qara dəniz təmsilçisinin heyətində Yusuf Ərdoğan və Fabian Kastilyo da komanda ilə birgə hazırlaşırlar. Sol ayaq sümüyündə sınıq aşkarlanan Güray Vüral isə fərdi məşqlərə start verib.
saytlarin hazirlanmasi